AZ

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Olimpiya

Bakı, 8 may, AZƏRTAC

“Bakının dünyanın “İdman paytaxtı” seçilməsinə təəccüblənməmək lazımdır. Çünki paytaxtımız ev sahibliyi etdiyi mötəbər yarışlarla idman ölkəsi olduğunu həmişə sübut edib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli Bakı şəhərinin 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilməsi barədə danışarkən deyib.

Dünya çempionatının gümüş mükafatçısı və ikiqat Avropa çempionu bildirib ki, digər sahələrdə olduğu kimi, idmanda da inkişaf sürətlə gedir: “Dövlətimizin başçısı İlham Əliyev həmişə Azərbaycanın idman ölkəsi olduğunu diqqətə çatdırıb. Bu inkişafın təməlini qoyan Ulu Öndər Heydər Əliyevdir. Onun davamçısı isə Prezident İlham Əliyevdir. Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinə də əvəzedilməz səylərinə görə təşəkkür edirəm. Ölkəmizdə köklü idman infrastrukturunun olması sevindirici haldır. Bunun nəticəsidir ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçirildi. Bu, Azərbaycan idmanı üçün ən mühüm hadisələrdən biridir. Bakının illərdir ev sahibliyi etdiyi “Formula 1” kimi möhtəşəm yarış ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib. Bu, böyük uğurdur. İndiki halda hər kəs buna görə sevinir. Olimpiya çempionu kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlarla, sadəcə, qürur duymaq olar. Belə yarışlar keçirildikcə, insanlarımızda idmana həvəs də artır. Düşünürəm ki, Azərbaycanda idman yaxşı təbliğ edilir. Avropa və dünya çempionatlarında qazanılan qələbələr və medallar da bunun göstəricisidir. Lakin biz bu gün istəyirik ki, hər evdən bir idmançı çıxsın. Onlar beynəlxalq arenada bayrağımızı dalğalandırsınlar, himnimizi səsləndirsinlər. Bizim əsas məqsədimiz “sağlam bədəndə sağlam ruh olar” şüarı altında cəmiyyətə idmanla məşğul olmağı aşılamaqdır”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentinin sözlərinə görə, Bakının dünyanın “İdman paytaxtı” kimi təsdiq edilməsi heç də asan olmayıb: “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) ilin idman paytaxtını təyin etmək üçün xüsusi araşdırmalar aparır, şəhərdəki infrastrukturu analiz edir. Qiymətləndirmələrin nəticəsində bəlli oldu ki, Bakı bütün kateqoriyalarda standartlara cavab verir. Çünki paytaxtımızda keçirilən yarışlarda təhlükəsizlik və təşkilatçılıq həmişə yüksək səviyyədə olub. Dövlət buna xüsusi əhəmiyyət verir, həmişə ciddi hazırlıqlar görür. İnanıram ki, Bakı gələcək illərdə də idmanın bütün növlərinin inkişafına öz töhfəsini verməyə davam edəcək”.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10671
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8155
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4677
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1873
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1663
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1653
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1567
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1138
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
803
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
667
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
644
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
564
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
405
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
372
Arda Gülər dayanmır, yenə fərqləndi -
361
Arda dubl etdi - VİDEO
308
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
298
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
269
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
253