AZ

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Bakı, 8 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan-Bolqarıstan Ticarət və Sənaye Palatasının sədri Dimitri Bratanov, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak edirlər.

Forumda rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 120-ə yaxın iş adamı iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
Mənbələr
Şərh ()
Bağla