AZ

Ən azı 3 uşaq, 80 il ömür…- Putin ruslar qarşısında vəzifə qoydu

Rusiyada yaxın illərdə doğum səviyyəsinin və gözlənilən ömür uzunluğunun kəskin şəkildə artacağı gözlənilir.

Azpost.info xəbər verir ki, bu vəzifələr prezident Vladimir Putin tərəfindən “Rusiya Federasiyasının 2030-cu ilə qədər və 2036-cı ilə qədər gələcək üçün milli inkişaf məqsədləri haqqında” fərmanında qoyulub.

Sənədə əsasən, 6 ildən sonra ölkədə ümumi doğum əmsalı 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə yüksəlməlidir. Ötən il “Rosstat”ın məlumatına görə, bu rəqəm 1,41-ə düşüb. Bu, son 17 ildə ən aşağı göstəricidir.

Putinin fərmanına əsasən, rusiyalıların ömür uzunluğu indiki 73,4 ildən 2030-cu ilə qədər 78 yaşa, 2036-cı ilə qədər isə 81 yaşa qədər artmalıdır. Eyni zamanda, sağlam ömür uzunluğu göstəricilərində artımın sürətləndirilməsini təmin etmək lazımdır.

Putin 2018-ci ilin may fərmanlarında da eyni hədəfi – gözlənilən ömür uzunluğunun 78 yaşını qoyub və buna 6 il ərzində nail olunmayıb. Demoqraf İqor Efremov deyir ki, son müddəti 2030-cu ilə köçürmək çətin ki, kömək etsin.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla