AZ

Sabiq təhlükəsizlik rəisi Paşinyanı təhqir etdi - “Nikolun başında nələr baş verdiyini bilirəm”

“Nikolun bu gün mənim ünvanıma səsləndirdiyi uydurmalar xüsusi müayinələr və müəyyən bir tibb sahəsinin nümayəndələrinin konkret nəticələr çıxarması üçün yaxşı materialdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan öz “Facebook” səhifəsində yazıb.

Bir müddət Paşinyan hökumətində işləmiş Vanetsyan hazırkı baş naziri onun ünvanına səsləndirdiyi ittihamlara görə təhqir edib: “Nikolu yaxşı tanıdığım üçün indi onun başında nələr baş verdiyini başa düşürəm. Necə deyərlər, qorxaq iki dəfə ölür. Ölüm isə həmişə özü ilə üfunət qoxusu gətirir. Nikol indi daha bir yalan ortaya ataraq, diqqəti gündəmdən yayındırmağa çalışır”.

Xatırladaq ki, ötən gün Nikol Paşinyan Vanetsyanı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda və korrupsiyada ittiham edib. Onun dediyinə görə, Vanetsyan eks-prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyanla Zəngəzur Mis-Molibden Kombinatındakı payının öz qardaşına verilməsi barədə danışıqlar aparıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla