AZ

Hərbi qulluqçulara daimi mənzillər verildi - VİDEO

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi davam edir.

Redaktor.az xəbər verir ki, mayın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya növbəti daimi mənzillərin verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, media mənsubları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçular və onların ailə üzvləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günbəgün yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıblar.
Bildirilib ki, 2023-cü il dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən hərbi qulluqçuların ailə tərkibi, şəffaflıq və ədalətlilik, eləcə də növbəlik prinsipi nəzərə alınmaqla püşkatma mərasimi keçirilib. Seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında ümumilikdə 473 mənzil xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçular, eləcə də vəfat etmiş hərbi qulluqçuların varisləri arasında bölüşdürülüb.

Hərbi qulluqçular da öz növbələrində göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.vNext

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9099
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7609
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1403
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1378
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1350
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1331
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
796
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
567
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
401
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
392
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
381
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
352
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda dubl etdi - VİDEO
273
Arda Gülər dayanmır, yenə fərqləndi -
263
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
250
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
200
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
197
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
196