AZ

Putin MDB liderlərinə təbrik məktubu göndərib

Rusiya prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə MDB ölkələri, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik ünvanlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan, Moldova xalqlarına təbrik məktubu göndərib”, – məlumatda deyilir.

Putin təbrikində qardaşlıq, dostluq tellərinin əlaqələrin inkişafı üçün etibarlı əsas olaraq qalacağına əminliyini ifadə edib. Bundan başqa, Rusiya lideri Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə səmimi təşəkkür sözlərini çatdırıb, onlara cansağlığı, firavanlıq, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq