Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 985 milyon 942 min kubmetr qaz hasil olunub.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 219 milyon 410 min ton və ya 9,95 % azdır.

Ölkə üzrə qaz hasilatı isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 418 milyon 349 min kubmetr və ya 3,4 % artaraq 12 milyard 577 milyon 352 min kubmetr təşkil edib.

Xatırladaq ki, ötən ilin biri rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 2 milyard 205 milyon 352 min kubmetr qaz hasil olunub. Ötən ilin ilk rübündə ölkə üzrə 12 milyard 159 milyon 085 kubmetr qaz çıxarılıb.