AZ

Rus qoşunları Novokalinovonu ələ keçiriblər

Rusiyanın “Mərkəz” hərbi qruplaşmasının bölmələri qondarma Donetsk Xalq Respublikasının (DXR)Novokalinovo qəsəbəsinə tam nəzarəti ələ keçirib. News365.azxəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, gərgin döyüşlər "DXR"in Leninskoye və Umanskoye qəsəbələri ərazilərində də gedib.

Ümumilikdə isə "DXR"in Şumı, Novqorodski, Vodyany, Solovyov, Semenovka, Pervomayski və Netaylovo yaxınlığında Ukrayna hücum qruplarının 11 əks-hücumları dəf edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla