AZ

Braziliyada daşqın - 95 nəfər öldü - FOTO

Braziliyada sel fəlakətində ölənlərin sayı 95-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Braziliyanın cənubundakı Rio Grande Do Sul əyalətində keçən həftədən bəri yağan yağışların ardından meydana gələn sel fəlakətində can itkiləri artır.

Leysan yağışlar səbəbindən küçələri su basıb. Bölgədə minlərlə ev suyun altında qalıb, bir çox insan evlərini tərk edib.

Mütəxəssislər yağışların davam edəcəyini vurğulayıb.

Körpülərin uçduğu, bəndlərin uçmaq təhlükəsi ilə üzləşdiyi əyalətdə yardım ancaq vertolyotlarla həyata keçirilə bilər.




Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq