AZ

Qəflətən huşunu itirdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilən 29 yaşlı pasiyent sağlamlığına qovuşub

Respublika Neyrocərrahiyyə Xəstəxanasına qəflətən huşunu itirməsinə görə gətirilən 29 yaşlı pasiyent 5 aydan sonra ambulator müalicə üçün evə buraxılıb.
 
Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.
 
29 yaşlı pasiyent qəflətən huşunu itirib və koma vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. KT müayinəsinə əsasən sağ alın payının beyindaxili hematoması, AVM qanama aşkar edilib. Elşən Hüseynzadə tərəfindən təcili əməliyyat olunmasına baxmayaraq vəziyyəti ağır olaraq qiymətləndirilib və tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 5 ay stasionar müalicə alıb.
 
Pasiyent həkim-neyrocərrah Elşən Hüseynzadə, anestezioloq-reanimatoloq Elza Qasımova və Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Polina Əliyeva (həkim-infeksionist) tərəfindən müalicə olunaraq koma vəziyyətindən çıxıb. Hazırda pasiyentin vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə yazılıb.
 
Qeyd edək ki, pasiyent vəziyyəti daimi olaraq tibb müəssisəsinin həkimləri tərəfindən müşahidə altında saxlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla