AZ

Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib

 
"Bu, Putin rejiminin mənəviyyatsızlığından xəbər verir..."
 
"UTX işçiləri hörmətə layiqdir, çünki onlar bilavasitə Dövlət Mühafizə Xidmətində fəaliyyət göstərən casusları aşkar etməyə nail olub..."
 
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya FTX-nın Ukrayna prezidenti Vladimir Zelenskini aradan götürməyi planlaşdıran beş casus şəbəkəsini ifşa edib. Qrup həmçinin UTX rəhbəri Vasili Malyuk və Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanovu aradan götürməyi planlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Bu məlumata Amerika Birləşmiş Ştatları münasibət bildirib. O cümlədən Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı bəyan edib ki, bu, Putin rejiminin mənəviyyatsızlığından xəbər verir.
 
"Aydındır ki, bu, yalnız münaqişə başlanandan Putin rejiminin müşahidə etdiyimiz mənəviyyatsızlığından xəbər verir", - o, vurğulayıb.
 
Zelenskinin həyatına sui-qəsd
 
Mayın 7-də Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Vladimir Zelenskinin qətlini planlaşdıran FTX-nın beş casus şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayıb.
 
O cümlədən Ukrayna Sərhəd Mühafizəsinin iki polkovniki saxlanılıb. Onlar Rusiya Federasiyasına məxfi məlumatlar sızdırıb.
 
Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Vladislav Seleznyov deyir ki, Ukrayna ərazisində Rusiyanın çoxlu casusları fəaliyyət göstərir.
 
Onun sözlərinə görə, UTX işçiləri hörmətə layiqdir, çünki "bilavasitə Ukraynanın Dövlət Mühafizəsi Xidmətində, yəni prezidentimizin həyatı və sağlamlığına cavabdeh olan qurumda ciddi şəkildə fəaliyyət göstərən casusları aşkar etmək mümkün olub".
 
Qeyd etmək lazımdır ki, bu qrup təkcə Zelenski deyil, həmçinin UTX rəhbəri Vasili Malyuk və BKİ rəhbəri Kirill Budanovun həyatına sui-qəsd hazırlayıb.
 
Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, sui-qəsd planı belə olub: ilkin olaraq əməkdlığa cəlb edilən casus mühafizə olunanın hərəkət istiqamətlərini müşahidə etməli və bu barədə FTX-ya məlumat verməlidir.
 
Məmurun olduğu binanın koordinatlarına uyğun olaraq raket zərbəsi endirmək planlaşdırılıb. 
 
Sonra dronla məhv edilən yerdə qalan insanlara hücum planlaşdırılıb. 
 
Bundan sonra rusiyalılar daha bir raketlə o cümlədən drondan istifadə edilməsinin izlərini itirmək üçün daha bir raketlə zərbə endirmək planlaşdırılıb.
 
Dövlət Mühafizə İdarəsinin saxlanılan polkovniklərinin adları açıqlanmır. Bu zaman "RBK Ukraina" nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən saxlanılanlardan birnin adını açıqlayıb. 
 
Nəşrin məlumatına görə, bu, Dövlət Mühafizə İdarəsinin departamentlərindən birinə rəhbərlik etmiş Andrey Qukdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11634
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8508
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7503
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2215
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1919
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1826
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1694
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1412
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1062
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
347
Arda dubl etdi - VİDEO
343
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
340