AZ

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub.

"Qafqazinfo" xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkildə ona zəng edərək səsini dinləyirmiş.

İş adamı ifadəsində bildirib ki, Bakıda gizlincə kirayədə qalarkən başqa mobil nömrə alıb və ailəsi üçün darıxdığına görə kiçik oğluna bir neçə dəfə zəng edib. O, səsini çıxarmadan oğlunun telefonda dediyi sözləri dinləyib. Daha sonra Rafət Qəniyevin həyat yoldaşı bu vəziyyətdən şübhələnib.

Əslən Salyan rayonunun Sarvan kəndindən olan R.Qəniyev ifadəsində deyib: "2007-ci ildən MTK-da işləmişəm. Əvvəl fəhlə, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində çalışdım. Sədr vəzifəsində işlədiyim vaxt Rövşən adlı "makler"ə 5-ci mərtəbədə 87 kv.m sahəsi olan ev satdım. Sonra həmin evi dəyişib Rövşənə 12-ci mərtəbədən Elçin adlı şəxsə məxsus mənzili 60 000 manata müqavilə əsasında satdım. Həmin evi satandan sonra Rövşən mənə nə isə fırıldaq işlə məşğul olduğumu dedi, məni şantaj etməyə başladı. Nə yolla olursa-olsun ona həmin binadan ev verməyimi tələb edirdi.

Rövşən binanın "makler"i idi, təmirsiz evləri alıb təmir edərək baha qiymətə satırdı. Ona 190 000 manat pul vermişəm. Lakin borcum həddindən artıq böyüdüyü üçün ödəyə bilməyəcəyimi anlayıb özümü ölmüş kimi göstərmək qərarına gəldim. Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının içinə qoyaraq yandırdım. Bir müddət ailəm də daxil olmaqla hər kəs məni ölmüş kimi qəbul etdi. Özümə yeni nömrə aldım, balaca oğluma arada zəng edib səsinə qulaq asırdım, lakin danışmırdım. Həyat yoldaşım həmin nömrəni araşdırması üçün polisə verib. Araşdırma zamanı nömrənin mənim adıma qeydiyyatlı çıxması şübhəli vəziyyət yaradıb və buna görə də barəmdə ölüm haqqında şəhadətnamə verməyiblər. Beləliklə də yalanım ortaya çıxıb".
ÖzünüŞahid kimi ifadə vermiş Rafət Qəniyevin həyat yoldaşı isə onun "ölüm"ündən bir neçə ay sonra gecə saatlarında gizli şəkildə evə gəldiyini deyib: "Rafət işi barədə evdə çox danışmırdı. 24 noyabr 2021-ci il tarixdə Rafət Türkiyədə təhsil alan oğlumuzun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini evdən götürüb Sabirabada getmişdi. Oradan qayıdanda hadisə baş verib, səhər tezdən saat 8-ə işləmiş mənə zəng edib Rafətin maşınının yandığını, lakin özünün içində olmadığını dedilər. Rafətin borcları barədə məlumatım yox idi. Rafət evdən çıxanda Sabirabada sənəd apardığını, sənədləri orada Anar adlı dostuna verəcəyini demişdi. Gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etdim. Maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini dedi. Mən də Rafətə evakuator çağırıb onunla gəlməyini təklif etdim. Rafət isə mənə hirslənib gecə vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini söylədi. Səhər isə hadisə barədə xəbər gəldi.

Xəbəri aldıqdan sonra Rafətin telefonlarına zəng etdim, bir nömrəsinə zəng çatmasa da, digər nömrəsinə zəng çatdı, lakin Rafət cavab vermədi. Bu xəbərdən sonra Salyan rayonuna getdim. Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü mənə deməmişdilər. Yeznəm onun xəstəxanada vəziyyətinin ağır olduğunu demişdi. Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə öldüyünü anladım. Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini soruşdum, həmin vaxt Rafətin öldüyünü dedilər. Onun ölməsi mənə inandırıcı gəlmədi, uşaqlarımızdan biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən təsirlənməməsi üçün özümü sakit aparmağa çalışdım. Həmin gün dəfn mərasimi keçirildi, mənə qəbir yerini göstərdilər. Yas mərasimini keçirib qırxını verdikdən sonra Bakıya qayıtdıq. Yaşadığımız evdən çıxıb Biləcəriyə köçdüm. Həmin müddətdə Rafət bizi uzaqdan izləyirmiş, lakin yaxın gəlmirmiş. Aprelin 21-i yoldaşımın sağ olduğunu öyrəndik. Belə ki, gecə saat 21 radələrində qapı döyüldü, açanda Rafəti görüb şok keçirdim. Niyə bu qədər travma yaşatdığını soruşdum. O, məcbur qalıb bu yola əl atdığını, özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orada qaldığını bildirdi".

Qeyd edək ki, sağ olduğu bilinəndən sonra Rafət Qəniyev barəsində cinayət işi açılıb. Onun işlədiyi "Kaspian İnşaat MB" MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 24 aprelində R.Qəniyevə hökm oxuyub. O, Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci (Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 8 il həbs cəzası verilib.
Özünü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8966
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7541
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1367
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1349
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1311
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
786
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
556
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
396
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
328
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
325
Arda dubl etdi - VİDEO
265
Arda Gülər dayanmır, yenə fərqləndi -
262
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
246
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
198
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
195
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
194