AZ

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhid İbad Musayevlə Lənkəranda vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidlə doğulduğu Lənkəran rayonunun Şağlaser kəndində vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid İbad Musayevin qalıqları Şağlaser kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musarza oğlu Musayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

İbad Musayev 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla