AZ

3 yaşlı uşaq yıxılaraq meymunların arasına düşdü-Zooparkda qorxulu anlar /VİDEO

ABŞ-da səkkiz il əvvəl baş vermiş bu hadisə dünyada geniş rezonans verib. 28 may 2016-cı ildə zooparkda 3 yaşlı uşaq meymunların olduğu yerə yıxılıb.

Azpost.info bildirir ki, həmin hadisənin videogörüntüləri böyük təşviş yaradıb və mübahisələrə yol açıb.

Həmin gün nə baş verib?

2016-cı il mayın 28-də zooparkda valideynləri ilə gəzən üç yaşlı uşaq necə olubsa qorillaların su içdiyi yerə yıxılır.

Bunun necə baş verməsi barədə müxtəlif versiyalar var: Bir versiyaya görə, uşaq hasarın altından sürünüb keçib, digər rəyə görə isə o, 1,2 metrlik hasarın üstündən keçərək kolların arasından keçib və aşağı sürüşüb düşüb.

Həmin uşaq 4,5 metr hündürlükdən qorillaların su içmək üçün nəzərdə tutulan dayaz gölməçəyə düşüb. Həmin vaxt meymunlar orada olub. Zooparkın işçiləri uşağı xilas etmək üçün orada olan hər üç meymuna ərazinin digər hissəsinə keçmələri üçün işarə veriblər. 2 dişi meymun işarəyə uyğun olaraq oranı tərk edib. Amma 200 kiloluq Harambe adı verilən qorulla oğlanla maraqlanmağa başlayıb. Şahidlər tərəfindən lentə alınan videoda heyvanın uşağın ayağından tutaraq sürətlə sürüklədiyi əks olunub.

Uşağın həlak olacağından qorxan zoopark işçiləri qorillanı güllə ilə  vurmağa məcbur olublar. Mütəxəssislər yuxu iynəsi olan güllədən istifadə olunmasını məsləhət görməyiblər. Onların fikrincə, bu iynə dərhal təsir etmir. Heyvan gözlənilməz davranaraq uşağa zərər verə bilər.

Zooparkın direktoru Thane Maynard daha sonra hadisəni belə şərh edib: “Biz Harambenin itirilməsinə görə kədərlənirik, lakin uşağın həyatı təhlükədə idi. Komandamız tez bir qərar verməli idi.” Onun sözlərinə görə, qorilla uşağı sürüyərkən uşağın başı betona dəyib.

Bundan sonra balaca xilas edilib və azsaylı xəsarətlərlə xəstəxanaya aparılıb. Həmin axşam evə buraxılıb.

Anonim bir istifadəçinin YouTube-da paylaşdığı hadisənin videosunun yayıldıqdan sonra heyvanın öldürülməli olub-olmaması ətrafında böyük müzakirə başlanıb.

Fikirlər haçalanıb: bəziləri Harambenin uşaq üçün tamamilə zərərsiz olduğunu və onun hərəkətlərinin analıq instinkti ilə izah edildiyini, digərləri isə zooparkın başqa seçim olmadığını israrla bildirdilər.

Heyvanın öldürülməsi xəbərinə bir çox məşhurlar reaksiya verib. Onların arasında gitaraçısı Brian May və britaniyalı komediyaçı Ricky Gervais da olub. Hətta prezidentliyə namizəd Donald Tramp da öz fikrini bildirib. O, zoopark işçilərinin hərəkətlərinə haqq qazandırıb.

Bu hadisədən sonra zooparklar üçün standartları müəyyən edən Zooparklar və Akvariumlar Assosiasiyası (AZA) və USDA tərəfindən zooparklarda hərtərəfli yoxlama başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19305
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13187
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10445
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4937
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4896
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3654
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3411
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2870
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2569
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1692
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1181
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1075
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1029
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1020
Mayın ilk gününün havası açıqlanıb
969
Arda dubl etdi - VİDEO
858
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
829