AZ

Çindən Rusiyaya sarsıdıcı zərbə: Qiymətləri kəskin artırdı

Çindən Rusiya və Belarusa birbaşa dəmir yolu ilə daşıma tarifləri təyinat məntəqəsindən asılı olaraq 500-800 dollar, dəniz yükdaşıma tarifləri isə 800-1500 dollar artıb.

Publika.az xəbər verir ki, bu barədə “İnfotrans Media Belarus” nəqliyyat və logistika portalı ekspeditor şirkətlərin məlumatlarına istinadən yazıb.

Artım Çin tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Şirkətlərin nümayəndələri Çində pulsuz konteynerlərin sayının azalmasını və sərhəddə yaranan böyük tıxacları göstərirlər.

Həmçinin qeyd edilir ki, Çindən gələn gəmilərdə artıq boş yer qalmayıb. Göndərmə xətləri yalnız cari ayın sonu və iyunun əvvəlində vakansiya təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla