AZ

Azərbaycanda qaz istehlakı 4%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatda deyilir.

Təbii qaz istehlakı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 794 min kubmetr və ya 3.6% artıb.

Qeyd edək ki, ötən ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
11
Mənbələr
Şərh ()
Bağla