AZ

Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   

Ürək qüsuru, yəni mədəcik və qulaqlıqarası çəpər defektləri dedikdə ürəyin qapaq aparatında və ya böyük damarlarda olan dəyişikliklər nəzərdə tutulur. Ürək qüsuru anadangəlmə və qazanılmış olur.
 
Bu barədə Aztibb.az-a ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, anadangəlmə qüsurlara qulaqcıqlararası və mədəciklərarası çəpər deffekti, aorta və ağciyər arteriyasının zədələnməsi, arterial axarın açıq qalması və s aiddir. Qazanılmış qüsürlar isə daha çox revmatizm mənşəli olur. Bu qüsurlar ən çox ürək qapaqlarında meydana çıxır. Ürək qapaqlarında qüsurlar qapaq çatışmazlığı və stenoz (daralması) kimi rast gəlinir.
 
"İstənilən halda ürək qüsurları ürəyin işinə mənfi təsir göstərə bilir, ürəyin qan qovma funksiyasını pozur ki, nəticədə bir sıra əlamətlər ortaya çıxır. Daha çox təngənəfəslik, tez yorulma, bədəndə şişlər, uşaqlarda göyərmə və s. rast gəlinir", - deyə Ramil Əliyev qeyd edib.
 
Həkim əlavə edib ki, ürək qüsurları aşkar olunduqda kontrol altına alınmalıdır. Bəzi qüsurlar təqib olunur və yaş artıqca aradan qalxır. Lakin bəzi ürək qüsurlarında müdaxiləvi (invaziv) və cərrahi əməliyyat göstəriş sayıla bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla