AZ

"150 balla ali məktəbə qəbul olmaq mümkün olacaq"

Statiastikaya əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisəələrinə 85 mindən çox sənəd verilib. Eyni zamanda bu il ötən illərlə müqayisədə 53 nəfər buraxılış imtahanlarından maksimum nəticə göstərdi.

 

Bəs, görəsən, bu rəqəmlər rəqabətə necə təsir edəcək? Bu ildən gözləntilər nələrdir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, 200-dən yuxarı bal toplayan bütün abituriyentlər ali məktəbə qəbul olacaqlar:

 

“Bu il keçirilən buraxılış imtahanlarında maksimum bal toplayanların sayının çox olması insanlar arasında ajiotaj yaradıb ki, ali məktəblərə keçid balları artacaq, müsabiqə şərtləri ciddi olacaq və s. bunlar dezinformasiyalardır.

 

2023-cü ildə I ixtisas qrupu üzrə 28864 nəfər sənəd vermişdisə, bu il o rəqəm 30 mindir. III qrup üzrə ötən il 22 min idisə, bu il 25 mindir.  Ümumiyyətlə ixtisas qrupları üzrə ayrı-ayrı baxsaq görərik ki, bu il ötən illə müqayisədə sənəd verənlərin sayında artım var. Ancaq bununla yanaşı plan yerlərinə də nəzər salmalıyıq, çünki yerlər keçən il tamamilə fərqli idi. Keçən il I ixtisas qrupu üzrə 18336 yer, II qrupda 13285, III qrupda 16 min, IV qrupda 4100 yer var idi. Hətta bir məsələni də qeyd edim ki, keçən il I qrup üzrə imtahanda iştirak edənlərin sayı 28 min olmasına baxmayaraq, onların heç də hamısı müsabiqə şərtlərini ödəməmişdilər. Yəni bu il I və III qrup üzrə ali məktəblərə qəbul çox rahat olacaq. Çünki plan yerləri ötən illə müqayisədə kifayət qədər çoxdur.

 

Bütün ixtisas qrupları üzrə 200-dən yuxarı bal toplayan bütün abituriyentlər ali məktəbə rahatlıqla qəbul olacaqlar. Burada narahat olmaqlıq bir məqam yoxdur, hətta 150 ballıq ixtisaslara da qəbul imkanları artacaq. Əsasən IV ixtisas qrupunda 150 ballıq ixtisaslara qəbul nisbətən daha rahat olacaq. 150 balla IV qrup üzrə, 170-180 balla isə II qrup üzrə ali məktəbə qəbul olmaq mümkün olacaq. Həmçinin, subbakalavrlar da II qrup üzrə bu il şanslıdırlar. Ümumiyyətlə bu il qəbul imkanı abituriyentlər üçün daha çoxdur.  Çünki Prezident tərəfindən təsdiq edilmiş strategiyaya əsasən plan yerləri artacaq. Keçən il bu rəqəm 55800 idi, bu il isə bu rəqəm 60 mini ötəcək. Yəni bütün bunlar onu deməyə əsas verir ki, valideynlərin, abituriyentlərin narahat olmasına əsas yoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13927
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11146
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9138
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2981
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2529
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2264
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2157
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2104
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1143
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
764
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
707
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
668
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
615
Arda Gülər dayanmır, yenə fərqləndi -
588