Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinatlar olub.
BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb.
Əmrə əsasən, Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər.
Qeyd edək ki, bu təyinatlara qədər Əsəd Şirinov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müşaviri, Etibar Məmmədov isə “Azərsu” ASC-nin sədr müavini olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.