AZ

Binalar tikilib, yaşamaq üçün qayıq gərəkdir: Savalan massivinin dərdinə kim çarə edəcək? - FOTO/VİDEO

“Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan massivinin yolları yağışlı havalarda keçilməz olur”.

Belə bir şikayətlə Oxu.Az-a massivdə yaşayan sakinlər müraciət ediblər.

Qeyd olunub ki, ərazidəki binalar şəhid və qazi ailələri üçün tikilib. Binalar tikilib təhvil verilsə də, ərazidəki yola bir əncam çəkən yoxdur.

“Hər dəfə yağış yağanda bu yol keçilməz olur. Çox əziyyət çəkirik. Aidiyyəti qurumlar vəziyyəti bilsələr də, problemi həll etməkdə maraqlı görünmürlər”, - şikayətdə vurğulanır.

Daxil olan şikayət əsasında Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, problemin yaranmasında əsas səbəb ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmamasıdır:

“Maştağada mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından qəsəbənin bir neçə küçəsində, o cümlədən Leyla Bədirbəyli küçəsində intensiv yağıntılar zamanı yığılan suların kənarlaşdırılmasında çətinliklər yaranır. Bununla bağlı RİH-in daxili imkanları hesabına həmin küçələrdən sututarı olan avtomobillər vasitəsilə mütəmadi olaraq yığılan sular kənarlaşdırılır.

Eyni zamanda, onu da nəzərinizə çatdırırıq ki, sözügedən şəbəkənin qurulması “Azərsu” ASC tərəfindən dövlət proqramları çərçivəsində həyata keçirilir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu ərazinin təmsil etdiyi quruma heç bir aidiyyəti yoxdur.

Əzizə İsmayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14389
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11336
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9234
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2350
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2347
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1850
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
834
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
773
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
611