- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 8 may, AZƏRTAC
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransada PSJ və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilmiş cavab matçının baş hakimi Daniele Orsato final fitindən sonra ağlayıb.
AZƏRTAC xəbər verir ki, italiyalı referi qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə oyun idarə etdiyi üçün gözyaşlarını saxlaya bilməyib.
Tanınmış hakim bu ilin yayında Almaniyada təşkil olunacaq Avropa çempionatından sonra karyerasını bitirməyi planlaşdırır.
Qeyd edək ki, “Borrusiya Dortmund” iki oyunun nəticəsinə əsasən, Fransa klubunu 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.