AZ

Magistraturaya ilk dəfə onlayn formada qəbul imtahanı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, bu xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ilk dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb.

 

BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) və BMU-İNHA İDP-nin birgə təşkilatçılığı ilə baş tutub. İmtahanda 44 nəfər iştirak edib. Bakı vaxtı ilə saat 11:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edib. Tələbələr imtahanı İNHA Universitetinin təqdim etdiyi imtahan zalında və DİM tərəfindən hazırlanan proqram vasitəsilə onlayn verib.

 

Bundan əlavə, namizədlər üçün əsas imtahana hazırlıq məqsədilə 9 aprel tarixində sınaq imtahanı da təşkil olunub. İmtahanda iştirak edən tələbələrin nəticələri xarici dil fənləri üzrə esse tapşırıqları yoxlandıqdan sonra məlum olacaq.

 

Qeyd edək ki, 3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə hal-hazırda 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da , 1 ili isə İNHA Universitetində təhsil almaq hüququnə malikdir. Proqram çərçivəsində hazırda İNHA Universitetində 61 nəfər tələbə təhsilini davam etdirir və onların yay aylarında BMU-İNHA İDP-nin ilk məzunları kimi Azərbaycana dönəcəkləri gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12771
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9694
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8815
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2621
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2266
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2035
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1892
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1731
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1318
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1238
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
573
Arda Gülər dayanmır, yenə fərqləndi -
524
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
520
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
474
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
449
Arda dubl etdi - VİDEO
425
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
424