AZ

Xocalı Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Xocalı Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ətraf mühitin yaşıllaşdırılması məqsədilə keçirilən aksiyada tibb müəssisəsinin direktoru Aqil Məmmədov və tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.
 
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq