AZ

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Böyük Britaniya hakimiyyəti Rusiyaya məxsus bəzi daşınmaz əmlakları xüsusi statusdan məhrum etməyə hazırlaşır.

Valyuta.az xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli İcmalar Palatasında çıxışı zamanı bildirib.

"Biz Böyük Britaniyadakı bəzi rus mülklərinin diplomatik statusunu ləğv edirik", deyə nazir qeyd edib.

Bundan əlavə, London ruslara diplomatik vizaların verilməsinə yeni məhdudiyyətlər tətbiq edir, o cümlədən diplomatların krallıqda qalma müddətini azaldıldır.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
7
Mənbələr
Şərh ()
Bağla