AZ

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu - Ceyran İmaməliyeva

"Həkimlərimizi tanıyaq!" rubrikamızın növbəti qonağı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Ceyran İmaməliyevadır.
 
O, 1993-cü ildə Bakı şəhərində anadan olub. 2010-2016-cı illərdə Ukraynanın Kiyev şəhərində A.A.Bogomolets adına Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2016-2018-cı illərdə P.L.Şupik adına Milli Tibb Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili alan həkim Türkiyənin “Süleymaniye Kadın Doğum ve Çocuk Hastalıkları Hastanesi”ndə praktika keçib.
 
Ceyran İmaməliyeva 2017-2018 -ci illərdə Kiyev şəhərində Süni Mayalanma Mərkəzində həkim mama-ginekoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Respublika Klinik Xəstəxanasında assistent işləyib. 2024-cü ilin yanvar ayından etibarən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloqu vəzifəsində çalışır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
aztibb.az

1Mənbələr