AZ

MAQATE direktoru İranla danışıqlardan RAZI QALMADI

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İranda iki gündür davam edən danışıqların gedişindən narazılığını bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Vyana hava limanında jurnalistlərə verdiyi açıqlamada Qrossi nüvə proqramı ilə bağlı Tehranla əməkdaşlığın tamamilə qənaətbəxş olmadığını bildirib və mümkün qədər tez konkret nəticələr əldə edilməli olduğunu vurğulayıb. Qrossi əməkdaşlığın praktiki olaraq dalana dirəndiyini və bunun dəyişdirilməsinə ehtiyac olduğunu qeyd edib.

 

Bu bəyanat Qrossinin və İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslaminin İranın İsfahan şəhərində keçirdiyi mətbuat konfransından bir neçə saat sonra verilib.Qrossi və İslami 2023-cü ilin martında MAQATE ilə Tehran arasında imzalanmış sazişə sadiq olduqlarını təkrarlayıblar.

 

"Bizim birgə razılaşmamız qarşılıqlı əlaqə üçün yaxşı əsas yaradır və biz bu yolun İran və MAQATE arasında yol xəritəsi olduğunu vurğuladıq”,-İslami  bildirib.

 

Qrossi 2023-cü il müqaviləsinin şərtlərinin hələ də qüvvədə olduğunu bildirib. Bununla belə, o, üçüncü tərəflərin MAQATE ilə Tehran arasındakı münasibətlərdə hər hansı təsirə malik olduğunu təkzib edib və daha ​​çox addımların atılmasının lazım olduğunu vurğulayıb.

 

Əzizə 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla