- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının Ukraynadakı münaqişənin həlli planını təklif etməməsindən məyus olduğunu bildirib.
HİT.az xəbər verir ki, baş nazir bu barədə faşizm üzərində Qələbə günü münasibətilə keçirilən mərasimdə danışıb.
"Avropa İttifaqı sülh layihəsi kimi ortaya çıxdı, onun hazırda Ukraynada baş verən münaqişə üçün mənalı sülh planı təklif edə bilməməsindən məyus oldum", deyə Fiko bildirib.
O, söz verib ki, Slovakiya heç vaxt slovak əsgərinin Ukrayna ərazisinə girməsinə razı olmayacaq.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron “Economist”ə müsahibəsində bildirib ki, Rusiya Federasiyası cəbhə xəttini yarıb Ukraynadan müraciət olarsa, Ukraynaya qoşun yeridəcəyini istisna etmir. Onun sözlərinə görə, bir çox Aİ ölkələri qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb.
Samir
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.