AZ

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Malayziyanın plantasiyalar və əmtəə naziri verib. 


Nazir bildirib ki, Malayziya ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün palma yağı satdığı Hindistan və Çin kimi ölkələrə oranqutanlar hədiyyə etməyi planlaşdırır. 
Malayziya dünyanın ən böyük palma yağı istehsalçılarından biridir. Bu ölkə İndoneziya ilə bərabər qlobal palma yağının 85 faizini istehsal edir ki, bu da onların iqtisadiyyatlarında mühüm rol oynayır.


Nazir qeyd edib ki, oranqutan diplomatiyasını həyata keçirməklə Malayziyanın biomüxtəlifliyi qorumaq üçün qərarlılığını nümayiş etdirməyi hədəfləyirlər. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla