AZ

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı məhkəməyə verilib.

Valyuta.az xəbər verir ki, iddiaçı Abdullayev Lətif İzzətoviçdir.

İşin mahiyyəti pensiya təminatı ilə bağlıdır.

Birinci instansiya iddianı təmin etmədiyinə görə o apellyasiya şikayəti verib.

İş Bakı Apellyasiya məhkəməsində hakim Mirzə Tağızadənin icraatındadır

İddiaçı Abdullayev Lətif İzzətoviç Azərbaycan Dövlət Televiziyasının keçmiş işçisidir. Onun adına ev alan jurnalistlərin siyahısında rast gəlinir.

O, hələ bir müddət öncə Nazirlər Kabinetini də məhkəməyə vermişdi. Həmin məhkəmədə də birinci instansiya iddianı təmin etmədiyinə görə Lətif Abdullayev Apellyasiya məhkəməsinə müraciət edib.

Məlumat üçün bildirək ki, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tabeli qurumdur.

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
19
Mənbələr
Şərh ()
Bağla