AZ

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

Honq Konq rəsmiləri daha bir kriptovalyuta dələduzluğunu ifşa ediblər. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, rəsmilər, Elon Mask ilə birbaşa əlaqəli olduğunu iddia edən lisenziyasız və saxta bir kriptovalyuta birjasını bağlayıblar. Bu birja, deepfake texnologiyasından (süni zəka proqramları vasitəsi ilə görüntü və səsindən istifadə edərək, saxta video yaratmaq) istifadə edərək Elon Maskı kripto valyuta dələduzluğunda istifadə ediblər. 

Belə ki, Honq Konq mərkəzli bir kripto valyuta birjası olan Quantum AI, artıq işlətmədiyi veb saytında Elon Mask ilə birbaşa əlaqəsi olduğunu iddia edirdi. Şirkət, Maskın kripto alqı-satqısı üçün xüsusi süni intellekt texnologiyalarını inkişaf etdirdiyini bildirirdi. Həmçinin şirkətin veb saytında və sosial media hesablarında Elon Maskın süni intellekt tərəfindən yaradılmış video və görüntüləri nümayiş etdirilirdi.

Honq Konq rəsmiləri vəziyyətin fərqinə varan kimi dərhal tədbir gördülər. Rəsmi qurumlar bir açıqlama yayaraq,  kriptovalyuta investorlarını bu dələduzluq aktı barədə xəbərdar etdi  və Honq Konq polisindən şirkətin veb saytını və sosial media hesablarını bağlamağı istədi.

Honq Konq, lisenziyasız kripto valyuta birjalarını bağlamaqdadır

Ümumilikdə, 23 kripto birja Honq Konqda lisenziya qeydiyyatı üçün müraciət edib. Hon Konq fevral ayından kripto valyuta birjalarından lisenziya müraciətlərini qəbul etməyi dayandırıb və bütün lisenziyasız qurumlarını may ayının sonuna qədər fəaliyyətlərini dayandırmağa çağırıb.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla