AZ

Təqsirləndirilən şəxs ərinin qətlini sifariş verən qadını məhkəmədə tanıdığını açıqlayıb

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən Elnur Əliyev ifadə verib.

O, ifadəsində hadisədən xəbəri olmadığını deyib: "Savadım yoxdur, dedilər ki, qol çək, hər şey yaxşı olacaq. Mehdi Rusiyadan gələndə mən və Bəxtiyarla eyni şirkətdə işə girdi. Sonradan Mehdi maşın götürdü taksi kimi istifadə edirdi. Həmişə Bəxtiyar, Mehdi və mən işdən sonra oturub yemək yeyərdik. Bir gün də gəldilər maşınla məni götürdülər. Kafeyə doğru gedəndə yolunu dəyişdi. Soruşdum ki, hara gedirsən? Dedi ki, Bəxtiyar bilir, sənə də deyim. Hadisəni mənə də danışdı. Danışana qədər Maştağaya çatdıq. Mehdi dedi ki, Bəxtiyarla sən qıraqda durun mən söhbət edib gəlirəm. Maşından düşəndə bıçaq götürdüm. Bıçaq maşının sağ qapısında idi. Sonradan Mehdi qaça-qaça bizə tərəf gəlirdi. Adam qışqırırdı ki, məni öldürürlər. Kömək eləməyə yaxınlaşanda həmin şəxs, yəni Əli söyüş söydü. Mən də əsəbləşib cibimdən bıçağı çıxarıb 4-5 dəfə ayağından vurdum. Sonrasını bilmədim ki, Bəxtiyar vurdu, ya Mehdi. Qaçanda kameraya düşdük. Ölən şəxsi heç tanımırdım. Məni tutanda dedilər 3 nəfər saxlanılıb, axırıncı sənsən. Dedim axı biz elə 3 nəfər olmuşuq. Əzizəni məhkəmədə tanıdım".

Təqsirləndirilən Elnur Əliyev ittihamla razı olmadığını deyib: "Əgər əvvəlcədən öldürmək fikrimiz olsa, gedib ərazini araşdırardım. Təkcə ora getdiyimə görə özümü günahkar bilirəm".

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, hadisə keçən il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13914
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11137
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9133
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2977
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2529
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2260
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2156
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2103
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1140
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
763
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
736
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
700
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
667
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
614
Arda Gülər dayanmır, yenə fərqləndi -
587