AZ

Tarixi qayıdışın və xilaskarlıq missiyasının uğur düsturu

Mayın 8-də Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti  ilə “Tarixi qayıdışın və xilaskarlıq missiyasının uğur düsturu” adlı   tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya veteranları, ərazi partiya təşkilat sədrləri  və partiya fəalları  iştirak ediblər.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və  dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın hazırkı iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində qayıdış dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ayaz Cəbrayılov vurğulayıb ki, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsinin vərəqlənməsinə, öyrənilməsinə, yeni araşdırmaların aparılmasına, eyni zamanda, yeni kitabların çap olunmasına geniş imkanlar açdı. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, yeniliyi özündə ehtiva edən addımları ilə Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi.

Daha sonra çıxış edən natiqlər – ərazi partiya təşkilat sədri Vaqif Alıyev, YAP üzvü, Heydər Əliyev Mərkəzinin  direktoru Dürriyə Seyidova, YAP üzvü,  “Tərəqqi” medallı,   şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva  və YAP-ın fəal gənci, “Kürdəmir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru  Nicat Ağarəhimov Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışaraq  bu istiqamətdə görülən işlərə diqqət çəkiblər. Onlar vurğulayıblar ki,  müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. İnkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir.

Sonra rayon təşkilatının sədri Ayaz Cəbrayılov rayonun ictimai-siyasi həyatında fərqlənən  partiya fəallarına “Fəxri Fərman”lar  təqdim edərək onları təbrik etdi  və siyasi fəaliyyətlərində  uğurlar arzuladı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12311
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8921
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8674
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2441
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2148
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1923
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1811
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1599
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1211
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
987
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
755
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
540
Arda Gülər dayanmır, yenə fərqləndi -
494
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
403
Arda dubl etdi - VİDEO
399
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
397
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
386