AZ

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narahatlıqlar var. Bəs barmaqları şaqqıldatmaq vərdişi doğrudan da zərərlidirmi?


Sfera.az xəbər verir ki, bununla bağlı "National Geographic" jurnalında məqalə yayımlanıb.

 

Bu sualın cavabı ilə bağlı hələ konsensus yoxdur. Barmaq oynaqlarındakı kapsulun içərisində azot kimi qazları ehtiva edən sinovial maye var. Bəzi ekspertlər səsin barmaqların uzadılması zamanı bu qaz qabarcıqlarının əriməsi və ya əmələ gəlməsi nəticəsində yarandığını düşünürlər. 

 

2015-ci ildə aparılan araşdırmada barmaqların şaqqıldadılması zamanı oynaqlarda boşluq əmələ gəldiyi müşahidə edilib. Tədqiqatçılar səsin bu boşluğun əmələ gəlməsindən qaynaqlandığını irəli sürsələr də, səsin niyə bu qədər yüksək olması ilə bağlı açıqlama verməyiblər.

 

2018-ci ildə aparılan başqa bir araşdırmada səsin bu boşluğun qismən çökməsindən əmələ gəldiyi iddia edilib.İllər ərzində aparılan araşdırmalarda barmaqları şaqqıldatmağın artrit və ya osteoartrit kimi oynaq xəstəliklərinə səbəb olduğuna dair heç bir əhəmiyyətli nəticə olmayıb. 

 

Bununla belə, bəzi araşdırmalar göstərir ki, vərdiş halına gəlmək əllərdə şişkinliyə və tutma gücünün azalmasına səbəb ola bilər. 2017-ci ildə aparılan bir araşdırma, barmaqlarını gündə ən az 5 dəfə şaqqıldadan insanların ovuc oynaqları ətrafındakı qığırdaqların qalınlaşdığını, lakin tutma gücündə heç bir azalma aşkar edilmədiyini ortaya çıxarıb. 

 

Üstəlik bu vərdişin öz üzərindəki təsirlərini sınaqdan keçirən bir həkim 50 ildən çox müddət ərzində sol əlinin barmaqlarını gündə ən azı iki dəfə şaqqıldatdığını, lakin heç vaxt sağ əli ilə bu hərəkəti etmədiyini bildirib. O, bu müddətin sonunda hər iki əlindəki barmaqlar arasında heç bir fərq olmadığını və artrit əlamətlərinin müşahidə edilmədiyini qeyd edib.

 

Bununla belə, barmaqlarınızı şaqqıldadarkən diqqətli olmaq lazımdır. Bu hərəkət ağrı və ya şişliyə səbəb olarsa, həkimə müraciət etməkdə fayda var. Kifayət qədər güclü çəkildikdə, barmağın oynaqdan çıxması və ya oynağın ətrafındakı bağların zədələnməsi mümkündür.
 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla