AZ

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

Türkiyənin Maliyyə və xəzinə naziri Mehmet Şimşek sosial media hesabı üzərindən ölkənin maliyyə siyasəti barədə bəzi açıqlamalar verib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, hazırda Türkiyədə tətbiq olunan iqtisadi proqrama dair məlumat verən Şimşek, proqramın əsas məqsədlərinin inflyasiyanın bir rəqəmli səviyyəyə endirmək olduğunu söyləyib.

Vergidə ədaləti təmin etmək məqsədilə atılan addımlardan danışan nazir Şimşek deyib:

"İnflyasiyanı bir rəqəmli səviyyəyə endirməyi proqramımızın əsas məqsədi kimi müəyyən etdik. Çünki qiymət sabitliyi olmadan gəlir paylanmasında ədalət və daimi rifah artımı mümkün deyil. Bunun yanında vergi sistemində ədaləti gücləndirmək üçün əhəmiyyətli düzəlişlər etdik. Məsələn:

• Minimum əmək haqqını vergidən azad etdik,

• Gəlir vergisi tarifində ən aşağı seqmentdəki vergi dərəcəsini azaltdıq, ən yüksək seqmentdəki vergi dərəcəsini artırdıq,

• Korporativ vergi faizlərini, bank və maliyyə şirkətləri üçün daha yüksək dərəcələr müəyyən etdik. Vətəndaşlarımızın alıcılıq qabiliyyətini artırmaq üçün hər sahədə işlərimizə fasiləsiz davam edirik. Proqramımız şəffafdır, proqnozlaşdırıla bilinəndir, ölkəmizin özünə məxsus, fundamental qaydalara əsaslanan proqramdır və uğurla tətbiq olunur".

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
valyuta.az

1Mənbələr