AZ

Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaratmaqda ittiham olunan vəzifəli şəxsdən xəbər var

Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs Hümbət Nəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az xəbər verir ki, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

 

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

 

APA

Tarix: 8 May 2024, 18:31   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18620
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10316
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4681
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4370
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3467
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3263
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2434
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2183
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1665
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1156
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1033
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813