AZ

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

Mobil texnologiya dünyasında mühüm hadisə baş verib. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, "Nokia" brendinin sahibi "HMD Global" şirkəti bir vaxtlar çoxları tərəfindən sevilən əfsanəvi Nokia 3210 telefonunun yenilənmiş versiyasını təqdim edib. 

Yeni Nokia 3210 tanınan dizaynını qoruyub, lakin müasir funksiyalarla təchiz edilib. İndi bu telefon 4G əlaqəsini dəstəkləyir, 2,4 düym ölçülü rəngli LCD-ekran və Unisoc T107 prosessoru ilə təchiz olunub. Operativ yaddaşın həcmi 64 MB, fləş yaddaşın həcmi isə 128 MB təşkil edir. Yaddaş həcmi microSD kartı vasitəsilə 32 GB-ə qədər artırıla bilər.

Telefonun arxa panelində 2 MP çözünürlüklü kamera və flaş funksiyası yerinə yetirən fənər yerləşdirilib. Həmçinin cihazın funksiyalarında Bluetooth 5.0 simsiz əlaqə, MP3 pleyer və FM-radio da mövcuddur.

İstifadəçilər Nokia-nın bulud xidmətlərinə qoşularaq, ən son xəbərləri, hava proqnozunu və YouTube Shorts xidmətini əldə edə biləcəklər. Bundan əlavə, yeni Nokia 3210-da məşhur mobil oyun "Snake"-i də oynamaq mümkün olacaq. Cihaz S30+ əməliyyat sistemi ilə işləyir.

Yenilənmiş Nokia 3210 üç rəngdə - mavi, qızılı və qara - mövcuddur. Qiymət satış bölgəsinə görə dəyişəcək. Məsələn, Avropada qiyməti təxminən 80 avro təşkil edəcək.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
valyuta.az

1Mənbələr