AZ

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

EMTA

Bakı, 8 may, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energy talks” (Enerji söhbətləri) layihəsi üzrə Bakı Slavyan Universitetində (BSU) “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə EMTA-nın, həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) mütəxəssisləri, BSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, o cümlədən “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri iştirak ediblər.

Seminarın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bununla əlaqədar olaraq universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, eləcə də bu il çərçivəsində yaradılmış “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu barədə məlumat verib və bildirib ki, bu qrup universitetin birinci rəsmi könüllülük hərəkatıdır: “Hədəfimiz ondan ibarətdir ki, il ərzində gənclərimiz yaşıl dünya kontekstində maarifləndirməyə öz dəstəklərini versinlər”.

O, eyni zamanda, bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29-a ev sahibliyi edəcəyini xatırladıb. A. Nağıyev, həmçinin “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın BSU-da təşkilinə görə EMTA rəhbərliyinə öz təşəkkürünü bildirib.

EMTA-nın mətbuat sektorunun müdiri Zeynab Kazımova, öz növbəsində “Energy talks” layihəsi barədə qısa məlumat verib, bu layihə çərçivəsində ADNSU, BMU, AzTU və SDU kimi universitetlərlə birgə tədbirlər həyata keçirildiyini qeyd edib. Z.Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ölkəmizdə müxtəlif səviyyələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. O, bildirib ki, BSU-da bu əlamətdar il çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis olunması diqqətçəkən və maraqlı bir təşəbbüs olub. Z.Kazımova həmçinin qeyd edib ki, bu ilin noyabrında ölkəmizin COP29-a ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisidir.

Tədbirdə EMTA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib.

Seminar EMTA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənovun “Elektrik avtomobilləri üçün enerji doldurma xidmətinin tənzimlənməsi” və BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Azərbaycanda yaşıl enerjinin inkişafı” mövzularında təqdimatları ilə davam edib.

Tədbirin yekununda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12327
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8952
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8683
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2446
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2149
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1923
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1811
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1603
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1211
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
987
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
755
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
540
Arda Gülər dayanmır, yenə fərqləndi -
494
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
435
Arda dubl etdi - VİDEO
403
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
403
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
400
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
395