AZ

Yaşıllıqları məhv etdiyi üçün cərimələnən “Qismət-M Hous” tikinti şirkəti məhkəməyə verildi - İcra başçısınındır?

Bu gün Nizami Rayon Məhkəməsində “Neftçilər” metrosu yaxınlığında yaşayış kompleksi inşa edən “Qismət-M Hous” tikinti şirkətinin işinə baxılacaq. İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1 maddəsilə cərimələnən tikinti şirkətini böyük məbləğdə cərimə gözləyir. Səbəb şirkətin heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsidir. Tribunainfo.az xəbər verir ki, cərimələnən şirkətlə bağlı proses bununla yekunlaşmır. Şirkətin bu ay ərzində iki məhkəmə çəkişməsi də var. Ayrı-ayrı şəxslər tərəfindən məhkəməyə verilən “Qismət-M Hous”la bağlı qarşıdakı günlərdə iş başlayacaq.

 

Belə ki, 13 may tarixində mülkiyyət hüququ ilə bağlı tikinti şirkətinə qarşı vətəndaş Əliyev Emil Vaqif oğlunun irəli sürdüyü ittiham üzrə işə baxılacaq. İddiaçının “Qismət-M Hous”u məhkəməyə verməsinin digər səbəbləri açıqlanmır. Nizami Rayon Məhkəməsində baxılacaq işə hakim Qumru Əliyeva sədrlik edəcək.

 

“Qismət-M Hous”la bağlı məhkəmədə digər iddianı isə Nərimanova Sürəyya Soltan qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bu işə də 30 may tarixində hakim Qumru Əliyevanın sədrliyi ilə baxılacaq.

 

Xatırladaq ki, sözügedən şirkətin Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova məxsus olduğu iddia edilir.

Tarix: 8 May 2024, 18:59   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23349
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16160
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11442
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
10768
Helikopterin qalıqları tapılıb
9882
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7230
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5421
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4089
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2166
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1814
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702