AZ

Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu: - Məhkəmə prosesi

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aysel Məmmədova ifadə verib.

A. Məmmədova bildirib ki, onu 2022-ci ildə bu işə Nuridə Seyidova dəvət edib: “7 il müalicə işi üzrə təhsil almışam. Yevlaxda 5 il həkim kimi işləmişəm. Sonra işdən çıxdım, köçdüm Bakıya. Özəl xəstəxanada həkim işləyirdim. Orda işləyə-işləyə Aynurə ilə tanış oldum. Özəl xəstəxanada işləyəndə xaricə müalicə üçün adam göndərməklə məşğul olurduq. Aynurə ilə tanış olandan sonra məni həkim-ekspert vəzifəsinə dəvət etdi. Mənə dedi ki, xarici təşkilatlardan dəstək alıb, xəstələri xaricə göndərməklə bağlı danışıqlar olub. Gördüyüm iş müqabilində xəstələrin ödədiyi puldan 20-25 faiz mənə çatırdı. Mənim işimin xəstə tapmaq idi. Bir dəfə Nuridəgildən işin gedişatı ilə bağlı soruşanda, dedilər sənlik deyil. Ümumilikdə, şirkətə iki xəstəni özüm gətirmişəm. Pulları Toğrul adlı şəxs alırdı. Alınan pullar hara, necə xərclənirdi, xəbərim yoxdur".

Sonda iş üzrə zərərçəkmiş kimi tanınan Şahbacı İsayeva, Şahid Mövsümov və Vüqar Eminovun qaldırdığı mülki iddialar icraata götürülüb.

Vaxt azlığından proses mayın 15-nə təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14637
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11457
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9306
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3190
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2667
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2488
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2443
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2203
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1868
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1709
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1242
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
843
Azərbaycan nefti ucuzlaşdı
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
795
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
757
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
728
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
711
Arda Gülər dayanmır, yenə fərqləndi -
635