AZ

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı “Abşeron-Şərab” ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir və bu vaxta kimi hər hansısa zəhərlənmə faktı qeydə alınmayıb. 

 

“15 ildir biz bu içkinin həm Azərbaycanın daxilində satışını həyata keçiririk, həm də xarici ölkələrə ixrac edirik. Biz bu içkini Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrə satırıq. Həmin viski müəyyən müsabiqələrdə təltif olunub. AQTA-dan (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) sertifikatmız var. Bu günə kimi belə problemlə rastlaşmamışıq. Biz mediadan oxuyuruq ki, hadisəyə səbəb psixotrop maddələr olub. Bizim müəssisənin adının çəkilməsi imicimizə xələl gətirib. Müştərilərimiz bundan təşvişə düşüblər. Akkreditasiyadan keçmiş labaratoriyamız var. Hər gün istehsal etdiyimiz məhsullar orada analizlərdən keçirilir. Bu vaxta kimi bizim içkini kimsə içib zəhərlənməyib, bu, ola da bilməz”, - deyə o bildirib.

 

Qeyd edək ki, AQTA bununla bağlı məlumat yayıb və bildirib ki, hadisənin qida zəhərlənməsi ilə bağlı heç bir əlaqəsi yoxdur.  

Tarix: 8 May 2024, 19:20   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23349
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16170
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11442
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
10922
Helikopterin qalıqları tapılıb
9882
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7234
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5422
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4089
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2166
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1814
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702