AZ

Azərbaycan kəndlərinin qaytarılması qərarını güzəşt kimi şərh etmək olmaz -Elçin Əmirbəyov

Azərbaycan və Ermənistan xarici işlər nazirləri mayın 10-da Almatıda (Qazaxıstan) görüşəcəklər. 

“İki sahil” xəbər verir ki, fransalı siyasi elmlər doktoru Sebastian Bussua bu hadisəni “FigaroVox” nəşrində təhlil edib.

Onun sözlərinə görə, bu, böyük geosiyasi dəyişiklik yaradacaq. Azərbaycan və Ermənistan arasında danışıqlarda ikitərəfli yanaşmanın qaytarılması, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, dünyanın alovlandığı bir vaxtda ümid yaradır.

“Azərbaycan və Ermənistan ilin sonuna kimi sübut edə bilər ki, sülhün bərqərar olmasında təkcə BMT deyil, həm də beynəlxalq vasitəçilik köhnəlib. Doğrudan da, Cənubi Qafqaz dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri boşa çıxıb. Artıq bir neçə aydır ki, İrəvan və Bakının nazirlər heyəti iki ölkə arasında otuz ildən çox davam edən münaqişənin həlli ilə bağlı yekun razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə edirlər. Gələn cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə heç bir rol oynamayacaq, lakin bunun böyük simvolik əhəmiyyəti var: SSRİ-nin sonunu təsdiqləyən Bəyannamə məhz Almatıda imzalanıb. Odur ki, burada tarixi yenidən yazmaq olar”.

Politoloq xatırladıb ki, aprelin sonunda Ermənistanın bu danışıqlar çərçivəsində dörd kəndi Azərbaycana qaytarması İrəvanın sülhə nail olmaq üçün irəliləmək istədiyinin sübutudur.

Məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan da sitat gətirilib və bu prosesin Ermənistanın öz ərazisindən heç nə vermədiyi üçün güzəşt olmadığı vurğulanıb.

“Bu qərarı ona edilən təzyiqlər nəticəsində bizə edilən güzəşt kimi şərh etməyə ehtiyac yoxdur, çünki söhbət ümumiyyətlə Ermənistan ərazisindən getmir. Sadəcə olaraq, beynəlxalq hüquq normalarına uyğun olaraq əvvəldən Azərbaycana məxsus olanı qaytarır”.

Məqalədə vurğulanıb ki, Nikol Paşinyan da sazişin tezliklə imzalanacağına ümid edir.

“Hər iki ölkə nəhayət bütün bunlara son qoyulduğu üçün həyəcanlıdır”, - deyə müəllif qeyd edib.

“Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.

Müəllif daha sonra Elçin Əmirbəyovun bəyanatına yenidən istinad edib:

“Hazırda erməni diasporu, kilsəsi və siyasi opponentləri Nikol Paşinyana qarşı birləşsələr də, o, bir şeyi başa düşür: sülh onun ölkəsinin siyasi və iqtisadi dalandan mümkün qədər tez çıxmasına imkan verəcək. Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyini qeyd edir, lakin bu, Ermənistanın Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq”.

Politoloq Zəngəzur dəhlizi məsələsinə də toxunub.

O bildirib ki, bu məsələnin həlli həm Naxçıvan vilayətinə birbaşa çıxışı bərpa edəcək Azərbaycana, həm də qonşuları ilə ticarət apara biləcək Ermənistana sərfəli olmalıdır.

“Çinlilər belə razılaşmaları hər iki tərəf üçün uğurlu razılaşma adlandırırlar. Hər iki tərəf ümid edir ki, noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişi imzalanacaq. Əgər işə yarasa, əla əlamət olardı”, - deyə ekspert məqaləsində yazıb.

Qeyd edək ki, S. Boussois siyasi elmlər doktoru, ərəb dünyası və geosiyasəti üzrə tədqiqatçı, IHECS-də (Brüssel) beynəlxalq münasibətlər müəllimi, “Cnam Paris” (müdafiə təhlükəsizliyi komandası), “Nordic Conflict Transformation Center”də ( NCCT Stockholm) və Cenevrə Strateji Rəsədxanasında tədqiqatçıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22815
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14371
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12823
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11302
Helikopterin qalıqları tapılıb
8601
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7906
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4373
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3724
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3517
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1340
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324