AZ

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

“Qəbələ” klubunun qapıçısı Rəşad Əzizlinin futbolinfo.az saytına müsahibəsi

  • – “Səbail”lə çempionat oyununda uzun müddətdir davam edən qələbəsizlik seriyasına son qoya (3:2) bildiniz. Matçla bağlı fikirləriniz necədir?
  • – Premyer Liqadakı vəziyyətimizə baxmayaraq, oyuna ancaq qələbə üçün çıxmışdıq. Düşünürdük ki, necə olur-olsun, bu matçda qalib gəlməliyik. Hər bir futbolçumuzun istəyi meydanda can qoymaq, qələbə qazanmaq idi. Turnir cədvəlinə bir təsiri olmasa da, bu görüşdə qalib gələ bildik.
  • – Qapınıza vurulan ilk penalti zamanı Aleksandr Ramalinqomun zərbəsini dəf etsəniz də, hakim qapı xəttini vaxtından tez keçdiyinizi əsas gətirərək, penaltinin yenidən yerinə yetirilməsinə qərar verdi. Həmin epizodu necə şərh edərdiniz?
  • – Mən belə başa düşürəm ki, penalti zamanı hakimlər ancaq zərbəni vuran oyunçuya üstünlük verirlər. Nə olur-olsun, təki oyunçu qol vursun. Söhbət tək mənim zərbəni dəf etdiyim penaltidən getmir. Ümumiyyətlə, baxdığım matçlarda da bunun şahidi oluram. Həmin epizoda diqqətlə baxanda görünür ki, Ramalinqom zərbə vuran anda “Səbail”in iki futbolçusu cərimə meydançasının içində idi, bu isə qayda pozuntusu deməkdir. Qaydalarda da göstərilib ki, penalti zərbəsindən sonra digər futbolçular cərimə meydançasına daxil ola bilərlər. Yaxşı, mənim qabağa çıxmağım cərimədirsə, bəs onların meydana girməsi cərimə deyil? VAR-dakı hakim də bunu görüb demirsə, nə bilim. İstəyirsən 10 penalti dəf et, hakim 11-cini təyin edəcək ki, qol olsun.
  • “Qəbələ”nin 10-cu yerdən xilas ola bilməməsinin səbəbini nədə görürsünüz?
  • – Açığı, karyeram ərzində belə halla üzləşməmişdim. Neçə ildir futbol oynayırıq, bu qədər məğlubiyyət, bu qədər uğursuzluq, bəxtsizlik yaşamamışdım. Futbolda məğlub olmaq mümkündür, hətta TOP-komandalar da uduzurlar. Sadəcə, bu qədər bəxtsizlik, bizə göstərilən haqsız qırmızı vərəqələr, hakim səhvləri… O qədər hadisələr oldu ki, bunlar hamısı uğursuzluğa səbəbdir. Düzdür, bizim də komanda olaraq səhvlərimiz oldu. Zəncirvari səbəblər yekunda sonuncu yerlə nəticələndi.
  • – Növbəti turda “Sabah”ı qəbul edəcəksiniz. Cari mövsümdəki uğursuzluq ilk turda məhz “Sabah”dan aldığınız ağır məğlubiyyətlə (0:5) başlamışdı. Son 4 oyununda qələbə qazanan rəqibinizdən xal və ya xallar almaq şansınız nə qədərdir?
  • – “Sabah” yeni məşqçisi gələndən sonra daha aqressiv və dinamik futbol oynayır. Nə etmək istədiklərini, məşqçinin nə tələb etdiyini ilk dəqiqədən anlamaq olur. Maraqlı oyun olacaq. Turnir cədvəlindəki yerimiz bəlli olsa da, meydana məğlub olmamaq, döyüşmək, 3 xal qazanmaq üçün çıxacağıq. Necə olacağını zaman göstərəcək.
  • – Növbəti mövsümdən Premyer Liqada komanda sayının 12-yə çatdırılacağı və “Qəbələ”nin də Premyer Liqada saxlanılacağı haqda söz-söhbətlər gəzir. Bunun baş verəcəyinə inanırsınız?
  • – Təkcə “Qəbələ”nin sonuncu yerdə qərarlaşmasına görə yox, ümumiyyətlə, çempionatda komanda sayının artması çox gözəl olar. İnşallah, belə bir qərar verilər. Bu, təkcə “Qəbələ”nin çempionatda qalması üçün deyil. Hər komandada 20-30 futbolçu olur, bu isə iki komandada 40-60 futbolçunun oynaması deməkdir. Bu qədər yeni futbolçunun, xeyli sayda məşqçinin, neçə-neçə şəxsin üzə çıxmaq imkanı yaranacaq. Keçən mövsüm “Şamaxı” layihəsi çox gözəl idi. O komandanın 11 futbolçusu bu dəqiqə ayrı-ayrı klublarda daimi meydana çıxır. Halbuki elələri var idi ki, gənc idilər və tanınmırdılar, amma bu gün öz komandalarında əsas heyət üzvlərinə çevriliblər. İstərdim ki, gələn mövsüm 12 komanda, növbəti mövsümlərdə isə 16 komandanın iştirakı ilə çempionat keçirilsin. Bu, futbolumuzun inkişafına zəmin yaradar. Milli komandaya futbolçu seçimi çox olar, rəqabət artar. Komanda sayı artsa, yaxın gələcəkdə, nəhayət ki, 4 dövrəli çempionatdan uzaqlaşarıq. Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil.
  • Əgər komanda sayı artırılmasa və “Qəbələ” 1-ci liqada çıxış etmək məcburiyyətində qalsa, komandada qalacaqsınız?
  • – Hələ bu barədə düşünməmişəm. “Qəbələ” ilə müqaviləm mövsümün sonunda bitəcək. Ondan sonra variantları nəzərdən keçirəcəyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15082
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11648
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9422
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3368
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2718
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2663
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2507
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2251
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1916
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1786
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1273
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
898
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
873
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
856
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
813
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
793
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
752
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
698