AZ

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır - Cevdet Yılmaz

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və AzərbaycanPrezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu iki qardaşölkənin bütün istiqamətlər üzrə əməkdaşlığının təşviqində həlledicirol oynayır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidentiCevdet Yılmaz Ankarada mayın 8-də Azərbaycanın Baş naziri ƏliƏsədovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın bundanəvvəlki iclasının yekunları üzrə tərəflərin planlaşdırdığı 86məsələdən 64-ü uğurla realizə olunub.

“Bu gün biz istehsalat, ticarət, investisiyalar, rəqəmsaltransformasiya, ərzaq təhlükəsizliyinə diqqət yetirərək, iqtisadiqarşılıqlı əlaqə üzrə yeni tədbirlər planını nəzərdən keçiririk.Həm dövlət təşkilatları, həm də biznes dairələri arasında geniştəcrübə mübadiləsinin qurulması planlaşdırılır”, - deyə TürkiyəninVitse-prezidenti bildirib.

O deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıqüzrə birgə hökumətlərarası komissiyanın bugünkü - 11-ci iclasınınyekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgəaddımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb.Xüsusilə iki ölkənin ticarət nazirliyi tərəfindən Türkiyə vəAzərbaycan arasında ticarətin daha da sadələşdirilməsi üzrə birgəişçi qrupun yaradılması barədə qərar qəbul olunub. HəmçininTürkiyə-Azərbaycan birgə gənclər forumunun keçirilməsiplanlaşdırılır.

“Ötən ilin nəticələrinə görə Türkiyə və Azərbaycan arasında maldövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindənmal dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq məqsədi qoyulub.Əminəm ki, biz tezliklə məqsədimizə nail olacağıq. 2021-ci ildəqüvvəyə minmiş güzəştli ticarət barədə sazişin çərçivələriningenişləndirilməsi də buna xidmət edir”, - deyə Cevdet Yılmazvurğulayıb.

O qeyd edib ki, Türkiyənin Azərbaycanın iqtisadiyyatına qoyduğubirbaşa sərmayələrinin həcmi 13 milyard ABŞ dollarına çatıb, eynizamanda, Azərbaycanın Türkiyəyə sərmayələrinin həcmi 21 milyarddolları ötüb. Türkiyənin podratçı şirkətləri bu günə qədərAzərbaycanda ümumi dəyəri 19,3 milyard dollar məbləğində 526 layihəhəyata keçiriblər.

Cevdet Yılmaz Türkiyə tərəfinin erməni işğalından azad edilmişAzərbaycan ərazilərinin bərpası prosesində də maksimal töhfəverməyə hazır olduğunu qeyd edib.

“XXI əsr təkcə Türkiyə Cümhuriyyətinin yeni uğurları dövrüdeyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeniyüzilliyidir”, - deyə Türkiyənin Vitse-prezidenti vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13730
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2483
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2216
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2088
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2064
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
666
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
650
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
645
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
585