AZ

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Vüqar

Berlin, 8 may, AZƏRTAC

Uzun müddətdən bəri Almaniyada yaşayan yazıçı Vüqar Dəmirbəylinin Bakı Kitab Klubunda “Dəli Alının yuxusu” tarixi romanı çapdan çıxıb.

Dəli Alı kimi ad çıxarmış Alı Məhərrəmov (1875-1917) XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycandakı qaçaq hərəkatının ən mühüm simalarından biri olub, vətəninin hüdudlarından kənarda da - bütün Qafqazda, hətta Rusiyada belə məşhur idi. Həmin vaxt onun haqqında imperator II Nikolay və ailəsi də eşitmişdi. Çariça və qızları yenilməz gəncəli qaçağa rəğbət bəslədikləri halda, çar onu dəstəsi ilə bir yerdə məhv etmək üçün bir-birinin ardınca planlar hazırlamaqda idi.

AZƏRTAC xəbər verir ki, romanda ötən əsrin əvvəllərində Azərbaycanda, Qafqazda və Rusiyada baş verən hadisələr, erməni millətçilərinin yaratdığı siyasi terror təşkilatları, erməni-müsəlman davası, yüksək rus cəmiyyətində ermənipərəst qüvvələrlə erməni millətçiliyinə düşmən olan “çernosotençilər” arasında gedən mübarizə və bunun çar hökumətinin Cənubi Qafqazda yeritdiyi siyasətə təsiri geniş əks olunub. O zaman yenicə Bakıda əsası qoyulan “Difai” partiyasının Gəncədə yaradılmış qolunun şəhər ağsaqqalarının rəhbərliyi və Dəli Alının dəstəsinin yaxından iştirakı ilə göstərdiyi fəaliyyət, qaçaqların erməni silahlılarına və rus qoşunlarına qarşı apardığı döyüşlər, o cümlədən din və ədəb məsələləri romanda mühüm yer tutur.

Sovet hakimiyyəti illərində Azərbaycanın bəzi qaçaqları çar üsuli-idarəsinə qarşı mübarizə aparan, xalqın təəssübünü çəkib, onu zalımdan qoruyan qəhrəman şəxslər kimi təqdim edilsə də, Dəli Alının adı tamamilə unutdurulmuşdu. 1960-cı illərdə Bakıda Aşıq Ələsgərin əsərləri külliyyatında dərc edilmiş “Dəli Alının dastanı” həmin dövrdə bu igid qaçağı Azərbaycan xalqına xatırladan yeganə yazılı mənbə idi. Bu qəsdən unutdurulmanın səbəbi isə yuxarıda deyildiyi kimi, Dəli Alının öz dəstəsiylə birgə XX əsrin əvvəllərində Azərbaycanın bir çox başqa bölgələri ilə yanaşı Gəncədə və onun ətrafında da baş vermiş erməni-müsəlman davasında yaxından iştirakı idi. Sovet ideologiyası həmin dövrdə bu zəmində yer almış hadisələrin üzərindən ya tam sükutla keçir, ya da onların başvermə səbəblərini çar hökumətinin “parçala, hökm sür” siyasəti ilə əlaqələndirirdi. Sonradan sovet hakimiyyət qurumlarına da yol tapmış və “beynəlmiləlçilik” şüarı altında Azərbaycanın başına hələ çox müsibətlər gətirəcək erməni millətçilərinin əməllərini, Azərbaycan xalqını onlardan qoruyanların şücaətlərini isə danırdı. Bununla belə Gəncə və Gəncəbasar əhalisi Dəli Alını unutmadı, qəlbində yaşatdı, Aşıq Ələsgərin onun haqqında qoşduğu dastan isə toylarda oxundu.

Vüqar Dəmirbəyli, Azərbaycan mühacirlərinin bu el qəhrəmanı ilə bağlı SSRİ-nin süqutundan sonra dərc edilmiş xatirələrindən, onun haqqında xalq arasında deyilənlərdən, Azərbaycan və Rusiya arxivlərinin materiallarından bəhrələnərək, daha dərin araşdırmalar aparmağa, bununla da yeni tarixi romanında Dəli Alının dolğun ədəbi portretini yaratmağa və dövrün sərt simasını əks etdirməyə çalışıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13914
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11137
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9133
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2977
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2529
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2156
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2104
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1141
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
763
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
702
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
667
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
614
Arda Gülər dayanmır, yenə fərqləndi -
587