- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün I Liqada 25-ci tura start verilib.
İlk gündə bir matç keçirilib.
“İrəvan” “ASK Arena”da “Difai” ilə qarşılaşıb.
Qonaqlar qalib gəlsəydi, 9-cu pillədən yuxarı qalxmaq şansını bir qədər artıracaqdı. “Fədailər” bunun üçün əlindən gələni etdi.
Onların ifasında hər şey - mübarizlik, hücumlar, pressinq - alınırdı. Əzmkar və baxımlı oyunun “meyvə”si qol olmalıydı.
Qarabağ qazilərinin təmsilçisi fərqlənmək üçün təqribən 10-a yaxın epizod yaxaladı.
Daha kimlərin əlinə bu imkan düşmədi ki..! Kristian Kamta, Bayraməli Qurbanov, Rəhman Quliyev, Tahir Zeynalov və başqaları.
Belaruslu Andrey Sinenka bəlkə də Azərbaycan karyerasında ən yaxşı oyununu keçirdi, “İrəvan”ın qapısını alınmaz qalaya çevirdi.
Dirəyin də yardımı ilə. Stadionda olan kimsə inanmazdı kı, final fiti qolsuz heç-heçəni qeydə alar.
Düzdür, “İrəvan” da ötən həftələrdəki kimi zəif təsir bağışlamadı, hər iki hissədə 1-2 dəfə “Difai”nin müdafiəsində boşluq tapdılar.
Sinenkanın azərbaycanlı həmkarı Əlirza Müştəbəzadə burada da öz bacarığını göstərdi.
Ümumi götürəndə, sonluğunu “Difai”ni sevindirmədiyini deməliyik. Onlar küssə, bəxtindən küsməlidir. Futbol ilahəsi “fədailər”in əziyyətini yerə vurdu.
SPORTİNFO.AZ
|
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.