AZ

Siyasətçinin beynindən ölü qurd tapıldı

ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətini açıqlayan kiçik Robert Kennedinin beynində ölü qurd aşkarlanıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə “The New York Times” məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Kennedi yaddaş problemlərindən əziyyət çəkirdi və bu səbəbdən həkimlərə müraciət edib.

 

2012-ci ildə həkimlər siyasətçinin beynində qara nöqtə aşkar edərək Kennedinin şişi olduğu qənaətinə gəliblər.

 

Lakin Nyu York xəstəxanasının həkimlərindən biri Kennedinin başında qurd olduğunu deyib. O qeyd edib ki, parazit beyinə daxil olub, onun bir hissəsini yeyib və ölüb.

 

Qəzet qeyd edir ki, 70 yaşlı Kennedinin səhhətində ciddi problemlər var. Onun ürəyində problem olduğuna görə ən azı dörd dəfə xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Martın 13-də Robert Kennedi ABŞ prezidenti Co Baydenin Ukraynanın guya Rusiya prezidenti Vladimir Putini “dayandıra biləcəyi” sözlərini tənqid edib, siyasətçinin fikrincə, söhbət Rusiyanın təcavüzündən yox, NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxmaqdan gedir.

 

Fevralda siyasətçi bildirmişdi ki, Amerika administrasiyası regionda münaqişəyə can atmasa, öz hərbi kontingentini Yaxın Şərq ölkələrindən çıxarmalıdır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
oxu24.com

2Mənbələr