AZ

“İnter” 2-ci məğlubiyyətini də “Sassuolo”dan aldı!

A seriyasının 35-ci turunda maraqlı fakt qeydə alındı: yenicə çempion olan “İnter” məğlub oldu.

“Football-plus.az” xəbər verir ki, özü də B seriyasına düşməmək uğrunda çarpışan komandaya!..

33-cü turda 20-ci skudettonu rəsmiləşdirən “İnter” yeni çempion kimi keçirdiyi ilk matçda “Torino”ya qalib gəlmişdi (2:0). Amma milanlılar “Sassuolo” ilə səfər oyununu xalsız başa vurdular. Necə ki, ilk dövrədə bu rəqibinə 1:2 hesabıyla uduzmuşdular! Bəli, Simone İnzaqinin komandası ötən il sentyabrın 27-də öz meydanında məğlub olmuşdu. “Yaşıl-qaralar” onda Alessio Dionizinin rəhbərliyi altında az-çox yaxşı oynayırdılar. Amma sonradan vəziyyət pisləşdi və martda baş məşqçi vəzifəsinə Davide Ballardini təyinat aldı. 60 yaşlı mütəxəssis yeni çempiona qarşı elə milanlılara məxsus taktika seçməklə cəsarətli addım atmışdı. Doğrudu, artıq titulu rəsmiləşdirən və meydana qeyri-optimal heyətlə çıxan “İnter” bu il çempionatda ilk məğlubiyyətə görə ciddi nəsə itirməyəcək. “Sassuolo” isə B seriyasına yuvarlanmamaq üçün qalan üç oyunda da mümkün qədər çox xal yığmalı və əsas rəqiblərinin daha çox xal itirməsinə ümid etməlidi.

Turun diqqəti cəlb edən digər faktı cədvəlin ilk 5 pilləsini tutan komandaların qələbə qazana bilməməsi oldu.
Əvvəlki turda Çempionla Liqasına (ÇL) vəsiqəni təmin edən “Milan” evdə “Cenoa” ilə məhsuldar heç-heçəyə (3:3) razılaşdı. 3-cü yerdəki “Yuventus” çətin Roma səfərində bir xal qazandı. “Olimpiko”da keçirilən matç 1:1 hesabıyla nəticələndi. Qeyd edək ki, “Yuventus” artıq bütün turnirləri nəzərə almaqla 5 oyundu qələbə qazana bilmir.

Çoxdan 4-cü yerdə möhkəmlənən “Bolonya” isə Turin səfərində qolsuz “sülh”ə razılaşdı. Hələ ki, ÇL-ə sonuncu vəsiqəni verən 5-ci yeri tutmaq şansını saxlayan “Latsio” da turu bir xalla başa vurdu. Paytaxt komandası Montsada qələbəni son dəqiqələrdə əldən verdi.

35-ci tur
Torino – Bolonya 0:0
(23893)
Bolonya: Skorupski, Kristiansen, Kalafyori, Lukumi, Poş, Fabbian (Moro, 59), Fröyler, Ebişer (Əl-Azzuzi, 82), Salemakers (Orsolini, 79), Ndoye (Odqor, 69), Zirkzee (Kastro, 82).
Montsa – Latsio 2:2
Curiç, 75; 90+2 - İmmobile, 11. Vesino, 83. (12344)
Latsio: Mandas, Hüsay, Patrik, Romanyoli, Maruşiç, Luis Alberto (Vesino, 64), Kamada (Kataldi, 64), Genduzi, Zakkanyi (Kazale, 32), Felipe Anderson (Pedro, 82), İmmobile (Kastelyanos, 84).
Sassuolo – İnter 1:0
Loryante, 20. (21525)
İnter: Audero, A.Bastoni (Byukenen, 69), De Vrey, Pavar, Auqusto, Dyumfris (Kuadrado, 60), Mxitaryan (Arnautoviç, 60), Asllani (Klassen, 74), Frattezi (Barella, 69), Sançes, Lautaro Martines.
Verona – Fiorentina 2:1
Lazoviç, 13-p. Noslin, 59 – Kastrovilli, 42. (27821)
Fiorentina: Kristensen, Parizi, Ranyeri, Milenkoviç, Faraoni (Belotti, 84), Dunkan (Bonaventura, 62), Lopes (Mandraqora, 70), Kastrovilli (Kuame, 63), Barak, İkone (Beltran, 69), Nzola.
Milan – Cenoa 3:3
Florentsi, 45. Qabbya, 72. Jiru, 75 – Retegi, 5-p. Ekuban, 48. Tiav, 87-öz qapısına. (73901)
Milan: Sportyello, Florentsi (Kalulu, 60), Tomori, Qabbya, Ernandes, Bennaser (Adli, 70), Reynders, Pulişiç, Leao (Okafor, 67), Çukvueze (Tiav, 81), Jiru.
RomaYuventus 1:1
Lukaku, 15Bremer, 31. (53676)
Roma: Svilar, Anxelinyo, Ndika, Lyorente, Kristensen, Lorentso Pelleqrini (Bove, 78), Kristante, Paredes, Baldantsi (Azmun, 68), Dibala (Zalevski, 46), Lukaku (Abraham, 68).
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Vea (Kostiç, 60), Kambyaso (Alkaras, 85), Lokatelli, Rabyo, Makkenni, Kyeza (Milik, 76), Vlahoviç (Ken, 76).
Kalyari – Leççe 1:1
Mina, 26 – Krstoviç, 83. (16407)
Empoli – Frozinone 0:0
(13110)
Salernitana – Atalanta ?:?
??????????????????.
Udineze – Napoli ?:?
??????????????????.

1. İnter 35 28 5 2 81-19 89
2. Milan 35 21 8 6 67-42 71
3. Yuventus 35 18 12 5 48-27 66
4. Bolonya 35 17 13 5 49-27 64
5. Roma 35 17 9 9 62-42 60
6. Atalanta 33 17 6 10 61-37 57
7. Latsio 35 17 5 13 45-37 56
8. Fiorentina 34 14 8 12 51-39 50
9. Napoli 34 13 11 10 52-43 50
10. Torino 35 11 14 10 31-31 47
11. Montsa 35 11 12 12 38-46 45
12. Cenoa 35 10 13 12 41-43 43
13. Leççe 35 8 13 14 32-50 37
14. Verona 35 8 10 17 33-46 34
15. Kalyari 35 7 12 16 37-60 33
16. Frozinone 35 7 11 17 43-63 32
17. Empoli 35 8 8 19 26-50 32
18. Udineze 34 4 17 13 32-51 29
19. Sassuolo 35 7 8 20 41-70 29
20.  Salernitana 34 2 9 23 26-73 15
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 16, Osimhen (Napoli) - 14, Qudmundsson (Cenoa) - 13.
Növbəti turun oyunları mayın 10-13-ü aralığında keçiriləcək: Frozinone - İnter, Napoli - Bolonya, Milan – Kalyari, Latsio - Empoli, Cenoa – Sassuolo, Verona – Torino, Yuventus – Salernitana, Atalanta – Roma, Leççe – Udineze, Fiorentina - Montsa.

B SERİYASI
37-ci tur: Çittadella - Bari 1:1, Kozentsa - Spetsiya 2:2, Modena - Komo 0:0, Palermo - Askoli 2:2, Parma - Kremoneze 1:1, Piza – Züdtirol 2:2, Sampdoriya - Reccana 1:0, Ternana - Katanzaro 1:0, Venetsiya – FeralpiSalo 2:1, Breşia - Lekko 4:1.

1. Parma 37 21 12 4 65-34 75
2. Komo 37 21 9 7 57-39 72
3. Venetsiya 37 21 7 9 68-44 70
4. Kremoneze 37 18 10 9 47-32 64
5. Katanzaro 37 17 9 11 58-47 60
6. Palermo 37 14 11 12 61-53 53
7. Sampdoriya (-2) 37 15 9 13 50-49 52
8. Breşia 37 12 15 10 44-38 51
9. Züdtirol 37 12 11 14 46-47 47
10. Kozentsa 37 11 13 13 46-41 46
11. Çittadella 37 11 13 13 40-44 46
12. Piza 37 11 13 13 50-52 46
13. Reccana 37 10 16 11 37-44 46
14. Modena 37 9 17 11 38-45 44
15. Spetsiya 37 8 17 12 34-48 41
16. Ternana 37 10 10 17 42-50 40
17. Bari 37 7 17 13 36-49 38
18. Askoli 37 8 14 15 36-41 38
19. FeralpiSalo 37 8 9 20 44-64 33
20. Lekko 37 6 8 23 33-71 26
Bombardir: Pohyanpalo (Venetsiya) - 22.

Turun rəqəmi
29 – nəhayət, “İnter”i bu il çempionatda məğlub edən tapıldı. “Sassuolo” İtaliyanın yeni çempionunun 29 oyunluq məğlubiyyətsiz seriyasını qırdı.

Turun ulduzu
Arman Loryante (Sassuolo) – “İnter”in oyun sxemini tətbiq edən Ballardini iki hücumçu ilə oynamağı lazım bildi. Təcrübəli mütəxəssis Loryanteni forvard kimi oynatmaqla uğur qazandı. Çempionun məğlubiyyətini məhz fransalı yarımmüdafiəçinin vurduğu qol rəsmiləşdirdi. Maraqlıdı ki, 25 yaşlı Arman bu mövsüm çempionatda vurduğu 5 qoldan dördünü hazırda cədvəlin ilk üç pilləsini tutan komandaların qapısından keçirib.

Turun sitatı
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Qələbə qazana bilmədiyimiz matçda bir neçə dəfə risk etdik. Belə oyun bizə məğlubiyyət bahasına başa gələ bilərdi. Bizim yaxşı startımızdan sonra “Roma” oyuna geri qayıda bildi. Qələbə qazana bilərdik. Amma son iki dəqiqədə topdan inanılmaz dərəcədə düzgün istifadə edə bilmədik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14377
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11327
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9221
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3078
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2337
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
767
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
611