AZ

Kamran Əsədov: "Özəl ali təhsil müəssisələrində də şəhid ailə üzvləri ödənişsiz təhsil ala biləcək"

“Şəhid ailə üzvləri indiyədək yalnız dövlət təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanlar təhsil haqqından azad idi. Ancaq indi özəl ali təhsil müəssisələrində də şəhid ailə üzvləri ödənişsiz təhsil ala biləcək”. 

Bu sözləri Hit.az-a təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, sosial vəziyyətinə görə qeyd edilən kateqoriyaya aid edilənlər özəl təhsil müəssisələrində  təhsil haqqına görə yaxın durmurdu: 

“Bu qərar ali təhsilin əlçətanlığına, keyfiyyətin artmasına və universitetlərin iqtisadi göstəricilərinin artmasına səbəb olacaq. Bəzən elə hal olurdu ki, şəhid ailəsinin övladı dövlət universitetinə balı çatmırdı, ancaq özələ imkanı uyğun deyildi. Ancaq indi şəhid balaları özəl universitetlərdə təhsillərini davam etdirəcək”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla