Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
XİN-dən verilən məlumata görə, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.