AZ

Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı

Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rövlan Muradovun mayın 18-nə planlaşdırılmış toyu başqa tarixə keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna həmin gün çıxış etdiyi komandanın vacib oyunu olmasıdır.

Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” mayın 18-də “Sabah”la qarşılaşacaq. Bu səbəbdən futbolçunun şad günü mayın 22-nə keçirilib.

Qeyd edək ki, R.Muradov daha əvvəl yetirməsi olduğu “Qəbələ”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq